Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Vladimir Putinin Federal Məclisə MÜRACİƏTİ
Vladimir Putinin Federal Məclisə MÜRACİƏTİ21-02-2023, 19:15. |
“Qərb Rusiyanın varlığını Ukrayna müharibəsi ilə hədələyir”. Civilazerbaijan.com bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxışı zamanı belə deyib. Tədbir “Qostinnıy dvor”da keçirilir və Federasiya Şurasının üzvləri, deputatlarla yanaşı, kremlyönlü icmanın müxtəlif təmsilçiləri də iştirak edib. Putin Rusiyanın Ukraynada bir ildir ki, sürən müharibəni bundan sonra da davam etdirəcəyinə söz verib. O, ABŞ-ın rəhbərlik etdiyi NATO alyansının Rusiyanı məğlub edə bilməyəcəyini söyləyib: “Onlar elə fikirdədir ki, NATO Rusiyanı məğlub edə bilər. Bu, yanlış inancdır və münaqişənin alovunu şiddətləndirir”. Putin çıxışı zamanı Rusiyanın siyasi və hərbi elitasına müraciət edərək: “Rusiya qarşımızda duran vəzifələri diqqətlə və ardıcıl şəkildə həll edəcək”, – deyib. Putin Rusiyanın müharibədən qaçmaq üçün əlindən gələni etdiyini, lakin Qərbin dəstəklədiyi Ukraynanın Krıma hücum etməyi planlaşdırdığını da söyləyib. O, Ukraynanı müharibəni başlatmaqda, Qərbi isə uzun sürməsinə dəstək olmaqda ittiham edib. “Müharibəni onlar başladıblar. Biz onu dayandırmaq üçün əlimizdən gələni edirik”, – Putin deyib. “Qərb dünyaya xaos və müharibə səpməklə məşğuldur. Ukrayna xalqı bu ölkəni siyasi, hərbi və iqtisadi mənada işğal edən Kiyev rejiminin və onun qərbli ağalarının girovuna çevrilib”, – Putin bildirib. O bildirib ki, Rusiyanı məğlub etmək mümkün deyil. Müharibə başlayandan bəri Rusiya qüvvələri üç böyük döyüş meydanında geri çəkilib, lakin hələ də Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarət edir. Qərb və Ukrayna isə Putinin dediklərini daim rədd edir. NATO isə uğursuzluğa məhkum olan Rusiyanın imperiya siyasətini dəstəkləmir, onun yeni torpaqlar ələ keçirməsinə haqq qazandırmır. Qarşıdan Rusiyanın Ukraynaya hücumunun bir ili gəlir. Bu ərəfədə ABŞ Prezidenti Co Bayden Kiyevi ziyarət edib. Rusiya Prezidenti Vladimir Putin isə onun ziyarətindən bir gün sonra çıxış edərək müharibədə günahkar tərəfin Ukrayna və Qərb olduğu ilə bağlı açıqlamalar verməyə başlayıb, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |