Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Sızdırılan Pentaqon sənədləri: Vaqner PMC Türkiyədən silah-sursat almaq üçün danışıqlar aparıb

Sızdırılan Pentaqon sənədləri: Vaqner PMC Türkiyədən silah-sursat almaq üçün danışıqlar aparıb


10-04-2023, 13:39.
title}


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə Pentaqonun Ukrayna və Rusiyanın müdafiə qabiliyyətinə dair məxfi sənədlərinin sızması yeni təfərrüatları üzə çıxarıb.

Civilazerbaijan.com
bildirir ki, bu günlərdə mətbuata sızan sənədləri təhlil edən "The New York Times" və "Washington Post" qəzetlərinin yazdığına görə, bu ABŞ kəşfiyyatının hər iki ölkəyə nə dərəcədə nəzarət etdiyini göstərir.

Sənədlərdən belə nəticə çıxır ki, fevralın əvvəlində Rusiyanın Ukraynada vuruşan aparıcı qüvvəsi olan "Vaqner PMC"-nin nümayəndələri Türkiyə ilə Ukrayna və Malidə hərbi əməliyyatlar üçün silahların alınması ilə bağlı danışıqlar aparıblar.

ABŞ nəşrlərinin yazdığına görə, tərəflərin razılığa gəlib-gəlmədiyi məlum deyil.

Bununla belə, "Washington Post" vurğulayır ki, NATO üzvü kimi Türkiyənin Alyansın arxasından Rusiyanın silahlı qruplaşması ilə danışıqlar aparması ölkənin nüfuzuna böyük zərbə ola bilər.

Yayılan məxfi sənədlərdə həmçinin Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyinin də müzakirə olunduğu bildirilir.

Bu günə qədər ABŞ və Avropa İttifaqı ölkələrində Çinin Kremlə öldürücü silahlar ötürməsilə bağlı məlumat yoxdur.

Amma kəşfiyyat məlumatlarında vurğulanır ki, əgər Ukraynanın NATO silahlarından istifadə etməklə Rusiyanın dərinliklərində təxribatlar törətməsi kimi hallar olarsa bu zaman Pekin Alyansı təcavüzkar adlandıra və Rusiyaya dəstəyini artıra bilər.

O da qeyd olunur ki, mediaya sızan sənədlərin içərisində İranın nüvə proqramı və Şimali Koreyanın raket sınaqları ilə bağlı sənədlər də var.

Məxfi məlumatların sızma mənbəyi hələ müəyyən edilməyib. Sözügedən sənədlər ABŞ silahlı qüvvələrin komandanı da daxil olmaqla, ABŞ-ın yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulub.

Sənədlərdə konkret məlumatlarla yanaşı, ABŞ xüsusi xidmət orqanlarının digər ölkələrin hərəkətləri və planlarından nə dərəcədə xəbərdar olması öz əksini tapıb.

“The New York Times” qeyd edir ki, Birləşmiş Ştatlar Kiyevin planlarından çox Rusiyanın hərbi əməliyyatları barədə daha aydın təsəvvürə malikdir.

Məlumatlarda o da qeyd olunur ki, bu cür sızıntılar artıq ABŞ-ın müttəfiqləri ilə münasibətlərini çətinləşdirib və “Amerikanın öz sirrlərini saxlamaq qabiliyyətinə dair şübhələri artırıb”.

O da vurğulanır ki, məxfi məlumatların sızması Moskvaya informasiya mənbələrini bağlamağa kömək edə bilər ki, bu da Ukraynanın hərbi səylərinə potensial olaraq zərər vura bilər, Azadlıq Radiosunun məlumatında qeyd olunur.

"Washington Post"un yazdığına görə, cümə günündən ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırıblar.
Geri qayıt