Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiyanın beynəlxalq hüququ pozması bütün dünya xalqlarına aid məsələdir - BAYDEN

Rusiyanın beynəlxalq hüququ pozması bütün dünya xalqlarına aid məsələdir - BAYDEN


27-04-2023, 12:34.
title}


Çərşənbə günü ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozması "təkcə Avropa üçün yox, bütün dünya xalqları üçün vacibdir".

"Koreya Respublikasının qətiyyətli dəstəyi Ukrayna üçün vacibdir".


Civilazerbaijan.com
bildirir ki, bunu Bayden Cənubi Koreya lideri Yun Sok Yöllə birgə mətbuat konfransı zamanı deyib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat veib.

"Söhbət sizin nəyə inandığınızdan, nəyin arxasında dayandığınızdan, öz övladlarınız və nəvələriniz üçün hansı gələcəyi istədiyinizdən gedir. Hazırda dünya dönüş vəziyyətindədir. İnanıram ki, bu gün etdiyimiz seçim dünyamızın istiqamətini və uşaqlarımızın gələcəyini on illər boyunca müəyyənləşdirəcək", - Bayden deyib.

O, ötən ay keçirilən ikinci demokratiya sammitində həmsədrlik etdiyinə və növbəti, üçüncü demokratiya sammitinin keçirilməsinə görə Koreya Respublikasına təşəkkür edib.

"Hər ikimiz başa düşürük ki, bizim demokratiyalarımız və adamlarımız ən böyük güc mənbəyidir. Onlar birlikdə çalışaraq ölkələrimizi daha güclü və daha effektiv edirlər", - Bayden deyib.

Öz növbəsində prezident Yun bildirib ki, zorakılığa "Rusiyanın Ukraynaya hücumu kimi" bəraət qazandırıla bilməz.

Bayden və Cənubi Koreya lideri Şimali Koreya tərəfdən artan nüvə təhdidləri qarşısında Seula dəstək barədə saziş imzalamaq üçün görüşüblər.

"Vaşinqton bəyannaməsi" adlanan bu sənəd ABŞ-ın Cənubi Koreya limanlarında müvəqqəti olan və ya yerləşən qoşunlarının iştirakını genişləndirməsini nəzərdə tutur. Yeni razılaşmaya görə, ABŞ 1980-ci illərdən bəri ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayıqları göndərəcək.

Bayden bir daha bildirib ki, Pxenyanın ABŞ-a və ya onun müttəfiqlərinə və tərəfdaşlarına istənilən nüvə hücumu "qəbuledilməzdir və bu cür hərəkətləri tərədən istənilən rejimin çökməsinə səbəb olacaq".
Geri qayıt