Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > Bayden və Sunakdan Putinə XƏBƏRDARLIQ
Bayden və Sunakdan Putinə XƏBƏRDARLIQ9-06-2023, 12:48. |
Cümə axşamı ABŞ Prezidenti Co Bayden və onun britaniyalı qonağı, baş nazir Rişi Sunak Ağ Evdə keçirilən görüşlərində Ukraynaya "sarsılmaz dəstəklərini" bəyan ediblər və Vladimir Putinin amansız təcavüzünü pisləyiblər. Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib. "Prezident Putin bizim getməyimizi gözləyə biləcəyini, Alyansın yorulacağını, bizim yorulub təslim olacağımızı düşünəcək... Bu, belə deyil", deyə Rişi Sunak Kreml liderinə xəbərdarlıq edib. "Biz heç yerə getməyəcəyik!". "Biz nə qədər lazım olsa, o qədər də burada olacağıq. Və ümid edirəm ki, bu, onun (Putinin) ağlında öz qüvvələrini çıxarmalı və qanunsuz və səbəbsiz təcavüz aktına son qoymalı olduğuna dair hesablamaları sürətləndirəcək", deyə Sunak əlavə edib. Sunak ilk dəfə olaraq Amerika prezidentinin evində olub. Birləşmiş Ştatlar və Böyük Britaniya Rusiyanın hücumu şəraitində Ukraynanın iki ən böyük donorudur və keçən ay açıqlanmış Ukrayna pilotlarının F-16 qırıcı təyyarələrindən istifadə təlimi keçməsi və son nəticədə onlarla təmin edilməsi üzrə uzunmüddətli səylərdə əsas rolu oynayır. Bayden birgə mətbuat konfransında suallara cavabda respublikaçı liderlərin müharibənin Amerikanın vergi ödəyiciləri üçün artan dəyəri ilə bağlı bəzi şübhələrinə baxmayaraq, ABŞ Konqresinin zərurət olduqca Ukraynaya maliyyə vəsaiti ayırmağa davam edəcəyindən əminliyini təsdiq edib. İki lider diqqəti həmçinin Rusiyanı dünya mülki atom enerjisi bazarından çıxarmaq üçün ən mühüm tədarük zəncirlərinin sabitliyinin artırılması üzərində cəmləşdiriblər. "Bu gün biz "Atlantika bəyannaməsini", yeni dövr üçün indiyədək heç vaxt müzakirə etmədiyimiz yeni iqtisadi tərəfdaşlığı razılaşdırdıq", deyə Sunak bildirib. Razılaşmaya elektromobil akkumulyatorları üçün lazım olan ən mühüm mineralları əhatə edən dar ticari pakt, müdafiə sənayesində daha sıx əməkdaşlıq, ticari baryerlərin zəiflədilməsi və məlumatların qorunması haqqında yeni saziş daxildir. Sunakın sözlərinə görə, Çin və Rusiya kimi ölkələr "manipulyasiya etməyə və bizim açıqlığımızdan istifadə etməyə, əqli mülkiyyətimizi oğurlamağa, texnologiyadan avtoritar məqsədlərlə istifadə etməyə və ya enerji kimi ən mühüm resursları əldə etməyə hazırdırlar. Onlar uğur qazanmayacaqlar". Sunak həmçinin Baydenə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin səlahiyyət müddəti sentyabrda başa çatan NATO baş katibi Yens Stoltenberqi əvəz etməsi xahişi ilə müraciət edib. Stoltenberq bazar ertəsi Ağ Evdə Baydenlə görüşməlidir. Geri qayıt |