Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Aleksandr Lukaşenko bəyan edib ki, Priqojin Belarusda deyil
Aleksandr Lukaşenko bəyan edib ki, Priqojin Belarusda deyil6-07-2023, 15:37. |
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarus ərazisində deyil. O, Priqojinin Sankt-Peterburqda olduğunu bildirib. Civilazerbaijan.com bildirir ki, bu barədə Belarus mediası məlumat yayıb. “Priqojin Sankt-Peterburqdadır. Bu səhər o haradadır?.. Ola bilsin, səhər Moskvaya gedib”, – deyə dövlət başçısı əlavə edib. Lukaşenko bir gün əvvəl Priqojinlə telefonla danışdığını deyib: “Mənə dedi ki, biz Rusiyanın rifahı üçün çalışacağıq və borcumuzu sona qədər yerinə yetirəcəyik”. Y.Priqojinin gələcək taleyin gəlincə, Lukaşenko belə deyib: “Onun taleyi bundan sonra nə olacaq? Yaxşı, həyatda hər şey olur. Amma düşünürsən, Putin o qədər pis niyyətli və qisasçıdır ki, sabah onu öldürəcək… Xeyr, bu baş verməyəcək”. İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub. “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib. O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb. Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyi bildirib. Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb. Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib, Meydan TV-nin məlumatında qeyd olunur. Onun barəsində açılan cinayət işi isə ləğv edilib. Geri qayıt |