Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > Ukrayna Rusiyanın müdafiəsini yarıb
Ukrayna Rusiyanın müdafiəsini yarıb27-07-2023, 15:41. |
Ukrayna komandanlığı ehtiyat bölmələrin əsas hücum istiqaməti kimi göstərilən Zaporojye vilayətindəki Orexovdan cənubdakı cəbhəyə köçürüldüyünü bildirib. Civilazerbaijan.com bildirir ki, bu barədə Pentaqondakı mənbələr "The New York Times" nəşrinə bildiriblər. Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri də hesab edirlər ki, Ukrayna hücumunda yeni mərhələ başlayıb. Məlumata görə, böyük ehtimalla Rusiyanın ilk müdafiə xəttini yarmaq mümkün olub. ISW bugünkü bülletendə yeni mərhələnin əlamətlərini ətraflı təhlil edib. İnstitutun analitikləri yazır ki, bu əlamətlər göz qabağındadır, lakin bu, hücumun indi daha sürətlə inkişaf edəcəyi mənasına gəlmir, Toplum TV-nin məlumatında qeyd olunur. Eyni zamanda “Bloomberg” yazır ki, Ukrayna cənubda hücum əməliyyatlarını gücləndirib, ümumilikdə isə əks-hücum genişlənməyə başlayıb. Geri qayıt |