Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət Departamentindən Belarusdakı "Vaqner" qrupu haqqında AÇIQLAMA
ABŞ Dövlət Departamentindən Belarusdakı "Vaqner" qrupu haqqında AÇIQLAMA10-08-2023, 13:20. |
ABŞ Rusiyanın "Vaqner" qüvvələrinin Belarusda diskokasiya yerini dəyişməsindən xəbərdardır və onların hərəkətlərini izləməkdə davam edir. Civilazerbaijan.com bildirir ki, bu barədə Turanın Vaşinqtondakı müxbiri xəbər verib. "Əlbəttə, biz "Vaqner" qüvvələrinin Belarusa yerləşdirilməsini gördük", bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə Turanın Belarusda yeni rus muzdlu düşərgəsinin yaradılması ilə bağlı suallarını cavablandırarkən deyib. "Biz "Vaqner" qüvvələrinin digər ölkələrə qarşı atdığı hərəkətləri yaxından izləməyə davam edirik və onları məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyə davam edəcəyik", Miller deyib. “Əvvəl dediyimiz kimi, bu qüvvələrin Belarusa gəlişi Lukaşenkonun Belarus xalqının maraq və istəklərinə zidd olaraq nəzarəti və qərarların qəbulunu Kremlə verməsinə daha bir nümunədir”, - deyə o qeyd edib. Polşa və digər cəbhəyanı dövlətlərin Belarusdan artan təhlükə ilə necə mübarizə apardıqları barədə suala Miller deyib ki, ABŞ müttəfiqlərinin hərəkətlərini “tam dəstəkləyir”. Çərşənbə günü Polşa Belarusla sərhədə əlavə qoşun göndərəcəyini açıqlayıb. Eynilə, Latviya və Litva da "Vaqner" muzdlularının mövcudluğu fonunda sərhədlərini möhkəmləndirdiklərini bildiriblər. Geri qayıt |