Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İsrail müharibə vəziyyəti elan edib, Həmas raket zərbələri endirir
İsrail müharibə vəziyyəti elan edib, Həmas raket zərbələri endirir7-10-2023, 14:06. |
Bugün, oktyabrın 7-də səhər saatlarında Qəzzəyə nəzarət edən Həməs qruplaşması İsrailə qəfil hücum başladıb. Civilazerbaijan.com bildirir ki, Həmas qruplaşmasının komandirlərindən Məhəmməd Deif azı 5000 raket atıldığını bildirərək bütün fələstinliləri döyüşməyə çağırıb. Reuters agentliyi yazır ki, Fələstinin İslami Cihaq qruplaşması da İsrailə qarşı döyüşlərə qoşulduğunu açıqlayıb. İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Ölkənin baş naziri Benjamin Netanyahu təhlükəsizlik qurumlarının rəhbərliyi fövqəladə toplantı keçirir. AzadlıqRadiosunun məlumatına görə, İsrail Müdafiə Nazirliyi ölkələrini qoruyacaqlarını bildiriblər. İsrail ordusunun Twitter səhifəsində bu barədə açıqlama yayılıb. Times of İsrael-in xəbərinə görə, raket zərbələri nəticəsində Hüseyfev qəsəbəsində dörd nəfər həlak olub. İsrail höküməti Qəzzəyə yaxın ərazilərdə yaşayan sakinləri evlərini tərk etməməyə çağırıb. The Guardian İsrail mətbuatına istinadən yazır ki, Həmas qruplaşması sərhəd zonasında yerləşən Sderot qəsəbəsindəki polis məntəqəsini ələ keçirərək çox sayda insanı əsir götürüb. ` Ölkənin bir çox yerində iki tərəf arasında silahlı atışmalar davam edir. Son məlumata görə HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” nəşri məlumat yayıb. Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib. Geri qayıt |