Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İsrail Qəzzada xəstəxanaya raket zərbəsində islamçıların əli olmasına dair sübutları DƏRC EDİB

İsrail Qəzzada xəstəxanaya raket zərbəsində islamçıların əli olmasına dair sübutları DƏRC EDİB


18-10-2023, 19:28.
title}


İsrail müdafiə ordusu HƏMAS-ın iki yaraqlısının söhbətini tutub və yayımlayıb. Onlar Qəzzada xəstəxanaya düşən raketin fələstinlilər tərəfindən atıldığını müzakirə edirlər.

Civilazerbaijan.com
bildirir ki, sosial şəbəkələrdə yayımlanan audio fraqmentdə HƏMAS-ın iki yaraqlısının söhbəti verilib. Onlar ərəb dilində danışırlar, onların nitqi subtitr ilə ingilis dilinə tərcümə olunur:

"- Sənə deyirəm, ilk dəfədir ki, belə raketin düşdüyünü görürük, ona görə də deyirik ki, bu, Fələstinin "İslam cihadı" raketidir.

- Bu, bizdəndir?

- Elə görünür.

- Bunu kim deyir?

- Onlar deyirlər ki, raket mərmisi yerlidir və İsrail mərmisinə bənzəmir.

- Allahım, partlamağa başqa yer tapmadı?

- Onu xəstəxananın arxasındakı qəbiristanlıqdan atıblar. Çalışmayıb və xəstəxanaya düşüb.

- Orada qəbiristanlıq var?

- Hə, elə, bu ərazidə".


Bundan əlavə, İsrail müdafiə ordusu zərbədən əvvəl və sonra xəstəxananın ətrafındakı ərazinin videosunu yayımlayıb. Kadrlarda xəstəxananın yanında avtomobillərin park yeri, orada isə yanmış avtomobillər görünür. Videodakı yazıdan bəlli olur ki, bura raket düşdükdən sonra partlayışın baş verdyi yerdir. Videoda xəstəxananın damındakı mərmi də qeyd olunub.

Növbəti kadrda müqayisə üçün raket zərbəsindən qalan krater göstərlir. Xəstəxana ərazisində kraterin görünən izləri yoxdur. İsrail hərbçilərinin sözlərinə görə, raket birbaşa xəstəxanaya düşməyib.

Qəzzada "Əl-Əhli" xəstəxanasına raket zərbəsi ötən gün axşam endirilib. Fələstin Muxtariyyəti Səhiyyə Nazirliyi zərbədən dərhal sonra 500 nəfərin öldüyünü bildirib. Daha sonra Al Arabiya telekanalı bildirib ki, ölənlərin sayı 800 nəfərə çatıb.

Çərşənbə günü brifinqdə SAXAL nümayəndəsi Daniel Haqari bildirib ki, ötən gün saat 18:59-a yaxın xəstəxananın arxasındakı qəbiristanlıqdan "İslam cihadı" tərəfindən 10-a yaxın raket atılıb, Turanın xəbərində qeyd olunur.

"HƏMAS əslində baş verənləri gizlətmək üçün qlobal media kampaniyası başlatmağa qərar verib. İşi o dərəcəyə çatdırıblar ki, hətta qurbanların sayını şişirtməyə başlayıblar", - Haqari deyib.
Geri qayıt