Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Meyn ştatı da Trampın seçkilərdə iştirakına qadağa qoydu

Meyn ştatı da Trampın seçkilərdə iştirakına qadağa qoydu


29-12-2023, 13:39.
title}


ABŞ-ın şimal-şərqi Meyn ştatında sabiq prezident Donald Tramp ilkin seçkilərdə iştitrak etmək hüququndan məhrum edilib. Qərar verən Meyn ştatının katibi bunu sabiq prezidentin 2021-ci il 6 yanvarda qiyamda rol oynaması ilə əsaslandırıb.

Civilazerbaijan.com
bildirir ki, bu qərar ayın əvvəlində Koloradı ştat ali məhkəməsinin Trampı oxşar səsvermədən kənarlaşdırmasından sonraya təsadüf edir. ABŞ-ın mərkəzi ştatının baş hakimləri həmin qərarı Kontitutsiyanın 14-cü düzəlişinin 3-cü maddəsini rəhbər tutaraq vermişdilər.

1868-ci ildə, Vətəndaş Müharibəsindən bir neçə il sonra qüvvəyə minmiş həmin maddə diktə edir ki, Konstitutsiyanı dəstəkləməyə and içmiş şəxs sonradan "qiyam yaxud üsyanda iştirak" etdiyi təqdirdə hökumətdə vəzifə tuta bilməz.

Meynin Demokrat ştat katibi Şenna Bellouz cümə axşamı Trampın seçkili vəzifə tutmağa ixtiyarı olub-olmaması haqda inzibati dinləmədən sonra belə bir qərar verib.

"Mən bu qənaətə asanlıqla gəlməmişəm," Bellouz yazıb. "Demokratiya müqəddəsdir... Mən fərqindəyəm ki, heç vaxt ştat katibi Kontitutsiyanın 14-cü düzəlişinin 3-cü maddəsini əsas gətirərək prezidentliyə namizədi seçki bülletenlərində yarışmaq hüququndan məhrum etməyib. Ancaq mən onun da fərqindəyəm ki, heç bir prezidentliyə namizəd keçmişdə qiyamda iştirak etməyib."

Bellouzun qərarı üzrə ştat məhkəməsində apellyasiya müraciəti oluna bilər və gözlənilir ki, Tramp tərəfdarları bu adddımı atacaqlar.

20 dekabrda ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi ölkə konstitutsiyasının qiyam barədə maddəsini nəzərə alaraq sabiq president Donald Trampın ştat ərazisində keçiriləcək seçkilərdə iştirakına qadağa qoymuşdu.

Minnesota və Miçiqan ştatlarında Donald Trampın seçkilərdən kənarlaşdırılması ilə bağlı səylər müvəffəq olmayıb.

Federal andlılar heyəti avqustun 1-də sabiq ABŞ prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini aradan qaldırmaq cəhdində ittiham edib.

247 illik tarixə sahib ölkədə ilk dəfədir ki, sabiq prezident hakimiyyəti seçilmiş yeni prezidentə təhvil vermək əvəzinə qeyri-qanuni olaraq növbəti dörd il ərzində hakimiyyətdə qalmaq cəhdində ittiham olunur.

Bir çox hüquqi ekspertlər ABŞ Ali Məhkəməsinin Respublikaçılar Partiyasının favorit namizədinin seçkilərdə iştirakı barədə yekun hökm verəcəyini proqnozlaşdırır, Amerikanın Səsinin məlumatında eyd olunur.
Geri qayıt