Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Zelenskidən atəşkəslə bağlı AÇIQLAMA

Zelenskidən atəşkəslə bağlı AÇIQLAMA


11-01-2024, 15:47.
title}


"Atəşkəs siyasi dialoqa gətirib çıxarmayacaq və yalnız Rusiyanın xeyrinə olacaq".

Civilazerbaijan.com
bildirir ki, “Reuters” agentliyinin xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 11-də Estoniyaya səfəri zamanı mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya silah qıtlığı ilə üzləşib, atəşkəs dövrü isə Moskvaya onu İran və Şimali Koreyadan hərbi texnika almaqla doldurmağa imkan verəcək.

Öz növbəsində Estoniya Prezidenti Alar Karis Zelenski ilə görüşdə ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi ayırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəsi Ukraynaya 1,2 milyard avro dəyərində uzunmüddətli hərbi yardım paketi təqdim edəcək.

Karis çıxışında həmçinin bəyan edib ki, Estoniya Qərb tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlarla Rusiyaya qarşı zərbələrin məhdudlaşdırılmasına qarşıdır.

"Biz öz dəstəyimizi verərkən təcavüzkarın ərazisindəki obyektlərin dağıdılmasının qarşısını ala bilmərik. Ona görə də Ukraynaya tədarük edilən silahlara heç bir məhdudiyyət qoyulmamalıdır", - deyə Estoniya Prezidenti vurğulayıb, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt