Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ufada mərkəzi meydana yüzlərlə etirazçı yığışıb, saxlananlar var
Ufada mərkəzi meydana yüzlərlə etirazçı yığışıb, saxlananlar var19-01-2024, 14:23. |
Yanvarın 19-da Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yüzlərlə insan həbs olunmuş fəala dəstək nümayişinə çıxıb. Söhbət dörd il həbs cəzasına məhkum edilmiş, qadağan olunmuş "Başkort” hərəkatının keçmiş lideri Fail Alsınovdan gedir. Civilazerbaijan.com bildirir ki, o, yanvarın 17-də etnik nifrəti qızışdırmaqda təqsirli bilinib. Baymak rayonunda məhkəmə hökm çıxaran zaman məhkəmə qarşısında minlərlə insan təhlükəsizlik qüvvələri ilə toqquşub. Yanvarın 18-də isə səkkiz nəfər Baymakda görünməmiş etirazlarda iştirakına görə 14 günlük həbsə məhkum ediliblər. Mahnı oxuyan etirazçılar Etirazçıların bugünkü aksiyaya sosial mediada çağırışlara cavab olaraq çıxdığı bildirilir. SotaVision nəşri onların sayının min 500 nəfər olduğunu yazır. Ufada etitazçıların meydanlarda gəzdiyi, başqırd mahnıları oxuduğu deyilir. Polis əməkdaşlarına isə sadəcə gəzdiklərini deyirlər. Məlumatlara görə, “OMON” bir neçə nəfəri, o cümlədən Alsınovun çıxışından sözlər yazılmış plakat tutan bir qızı saxlayıb. Polis əməkdaşlarının “Odnajdi v Başkirii” Telegram kanalına dediyinə görə, rəsmi saxlanan yoxdur, polis sadəcə bəzi adamları meydandan “yola salıb”. Sonradan saxlanmalar barədə məlumat təsdiqlənib. Meydana yığışanlar polisin meydandan dörd nəfəri aparmasına mane olmağa çalışıblar, OMON-çularla toqquşma olub. Ümumilikdə yeddi nəfərin saxlandığı xəbər verilir. Başqırdıstan DİN daha öncə razılaşdırılmamış aksiyada iştirak görə məsuliyyətlə bağlı xəbərdarlıq etmişdi. 17 yanvar iğtişaşları Yanvarın 17-də etirazçılarla toqquşma zamanı polis gözyaşardıcı qazdan, səs qumbaralarından istifadə edib, nümayişçiləri dəyənəklə döyüb. Onlarla adamın saxlandığı xəbər verilib. Onlardan bəzilərinə administrativ cəza kəsilib. İstintaq komitəsi kütləvi iğtişaşların təşkili və onda iştirak, eləcə də hakimiyyət təmsilçisinə zor tətbiq etmək maddələri ilə cinayət işi qaldırıb. Başqırdıstanın başçısı Radi Xabirov “təşkilatçıları” separatçılıqda ittiham edib. Fail Alsınov Başqırdıstanda Kuştau dağının müdafiəçisi kimi tanınır. O, nifrət və ədavəti qızışdırmaqda ittiham olunsa da, özünü təqsir bilmir. Hakimiyyət bu ərazini sənaye işləri üçün “Başqırdıstan Soda” şirkətinə vermək istəyirdi. O vaxt fəallar Kuştaunu təbiət abidələrinin siyahısına saldırmağa nail olmuşdular. Qadağan olunmuş "Başkort" təşkilatı isə etnik başqırdların hüquqlarının müdafiəçisi kimi tanınıb. Rusiya hakimiyyəti 2020-ci ildə onu ekstremist elan edib, ölkə ərazisində fəaliyyətini yasaqlayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |