Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Maya Sandu: Rusiya Moldovada sabitliyi pozmaq istəyir

Maya Sandu: Rusiya Moldovada sabitliyi pozmaq istəyir


7-03-2024, 15:02.
title}


Martın 7-də Fransa ilə müdafiə paktı imzalamağa hazırlaşan Moldovanın prezidenti Maya Sandu deyir ki, Moskva onun ölkəsində sabitliyi pozmağı, bu cənub-şərqi Avropa ölkəsini prezident seçkisi və Avropa İttifaqına üzvlüklə bağlı referendum öncəsi Avropaya inteqrasiya cığırından çıxarmağı planlaşdırır.

Civilazerbaijan.com
bildirir ki, Sandunun bəyanatı ilə eyni vaxtda Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidməti (SIS) hesabat yayaraq Rusiyaya Moldovaya qarşı planları ilə bağlı sərt xəbərdarlıq edib. "Detallara görə, 2024 və 2025-ci illərin strategiyasında kəşfiyyat xidmətlərinə, mütəşəkkil qruplara və Kremlin rəhbərliyinə bağlı rusiyayönümlü siyasi aktorlara dəstək nəzərdə tutulur", - SIS başçısı Aleksandru Musteata bildirib.

"Moskvanın nə istədiyini hamımız anlayırıq. Moskva Moldovada sabitsizlik yaratmaq istəyir. Moskva Moldova vətəndaşlarını qorxutmaq istəyir, xüsusilə də bizim Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirə biləcəyimiz bu ildə. Azından bu mənim təklifimdir, Moldova parlamentinin bunu dəstəkləyəcəyinə ümid edirəm", - Sandu martın 6-da "Digi24 TV"yə deyib və Parisə yola düşüb.

Sandu yenidən prezident ola biləcəkmi...

Qərbyönümlü Sandunun dövründə Moldova Rusiyadan Avropaya doğru sərt dönüş edib. O bu ilin sonunda yenidən prezidentlik uğrunda mübarizə aparacaq. 2020-ci ildə isə Moskvanın dəstəklədiyi İqor Dodonu məğlub etmişdi.

Sandu daha öncə deyib ki, prezident seçkisi ilə Aİ-yə üzvlük referendumunun birlikdə keçirilməsini istərdi. 2022-ci ildə Moldova 27 üzvü olan blokla üzvlük danışıqlarına başlamağa dəvət olunub.

Sandunun sözlərinə görə, Moldovanı Rusiyanın potensial hücumundan şərq qonşusu Ukrayna qoruyur. Kiyev iki ildir Rusiyanın təcavüzünə qarşı mübarizə aparır.

AzadlıqRadiosunun məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Sandu ilə müdafiə və iqtisadi əməkdaşlıq paktı imzalamalıdır.
Geri qayıt