Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni silah yardımı ayırıb
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni silah yardımı ayırıb13-03-2024, 13:32. |
Bayden administrasiyası Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini elan edib. Bu, son aylarda ilk yardım paketidir, nəhəng yardım layihəsi isə Konqresdə təsdiqini gözləyir. Ağ ev Ukraynaya daha çox hərbi yardımın göndərilməsinin yollarını tapmağa çalışır. Konqresin təsdiqlədiyi yardım dekabrda tükənib. Civilazerbaijan.com bildirir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan (Jake Sullivan) martın 12-də jurnalistlərə deyib ki, yardımı kontraktlardan pul qənaət etmiş Pentaqon göndərəcək. Sallivanın sözlərinə görə, bu vəsaitlə HIMARS raket sistemləri üçün artilleriya mərmiləri və sursat göndəriləcək. O, yardımın bir neçə həftəyə bəs edəcəyini vurğulayıb. Kəşfiyyat rəsmilərinin xəbərdarlığı Ukrayna silahlı qüvvələrinin sursat və raket çatışmazlığı yaşadığı bir vaxtda Rusiya cəbhədə hücumları intensivləşdirib. Son iki ildə Kiyevin ən böyük hərbi yardım mənbəyi olan Birləşmiş Ştatlar isə bu ölkəyə yeni silah göndərişlərini Konqresdə təsdiqlədə bilməyib. Nümayəndələr Palatasındakı respublikaçılar Ukraynaya 60 milyard dollarlıq yardım paketinin qəbulunu əngəlləyirlər. AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, ABŞ kəşfiyyat rəsmiləri dünən Konqresdə deyiblər ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya yardım göndərməsə, Kiyevin Rusiyanın irəliləməsini dayandırması çətin olacaq. Geri qayıt |