Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Avropa Parlamenti süni intellektlə bağlı qanun QƏBUL EDİB

Avropa Parlamenti süni intellektlə bağlı qanun QƏBUL EDİB


14-03-2024, 15:09.
title}


Avropa Parlamenti dünyada ilk dəfə olaraq süni intellektdən istifadəni tənzimləyən qanunu təsdiqləyib. Qanun süni intellektə əsaslanan sistemləri risk səviyyəsinə görə təsnif edir - aşağı, orta, yüksək və qəbuledilməz.

Civilazerbaijan.com
bildirir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib. Yeni qanunla ictimai yerlərdə real rejimdə üztanıma və digər identifikasiya sistemləri qadağan olunur.

Hüquq-mühafizə orqanlarının belə texnologiyadan istifadə edə biləcəyi ayrı-ayrı hallar isə istisna sayılır. Məsələn, itkin düşən şəxsləri axtarılması, yaxud teraktların önlənməsi bu sıraya aiddir. Belə hallarda süni intellekt sistemlərindən istifadə üçün öncədən məhkəmə, yaxud administrativ icazə lazımdır.

Yaxud polis qanun pozuntularının profilaktikası üçün proqnoz analitikası sistemlərindən istifadə edə bilməyəcək. Qanun iş yerlərində və məktəblərdə emosiyaların oxunmasını, eləcə də insan davranışını manipulyasiya edən texnologiyadan istifadəni yasaqlayır.

Süni intellekt sistemlərinin köməyi ilə hazırlanmış bütün foto və videoların üstündə müvafiq işarələnmə olmalıdır.

AzadlıqRadiosunun məlumatına görə, indi qanunu Aİ Şurası təsdiqləməlidir. Onun mayın sonunda qüvvəyə minəcəyi gözlənilir.
Geri qayıt