Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi həbs edilib

Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi həbs edilib


14-05-2024, 14:52.
title}

Foto açıq mənbələrdən götürülüb

Rusiya Müdafiə Nazirliyi (MN) Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov korrupsiya işi ilə bağlı həbs edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi mayın 14-də səhər saatlarında məlumat yayıb.

General kommersiya strukturlarının nümayəndələrindən onların xeyrinə müəyyən hərəkətlər etmək üçün rüşvət almaqda şübhəli bilinir.

İstintaq Komitəsinin məlumatına görə, axtarışlar (iş yerində, evində) zamanı 100 milyon rubldan (1 milyon 96 min dollar) çox pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilərək müsadirə olunub.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan MN tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğul olur.

Kuznetsov 2023-cü ilin mayında Rusiya MN Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Buna qədər, aprelin 23-də İstintaq Komitəsi MN-nin rəis müavini general Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlandığını elan edib. İvanov hərbi tikinti kompleksinə nəzarət edirdi. Ertəsi gün Moskvanın Basman məhkəməsi istintaqın tələbi ilə generalı ilkin dövr üçün iyunun 23-dək həbsə göndərib.

Onunla birlikdə iş üzrə digər təqsirləndirilən - işadamı Sergey Borodin də məhkəməsinə qədər 2 ay müddətinə həbs edilib. Aprelin 25-də bu işlə bağlı üçüncü təqsirləndirilən– "Olimpsitistroy" şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Mayın 12-də müdafiə naziri Sergey Şoyqu vəzifəsindən uzaqlaşdırılıb. O, Nikolay Patruşevin yerinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt