Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ağ Ev Kiyevdə uşaq xəstəxanasına raket hücumu ilə bağlı beynəlxalq araşdırmaya çağırıb
Ağ Ev Kiyevdə uşaq xəstəxanasına raket hücumu ilə bağlı beynəlxalq araşdırmaya çağırıb9-07-2024, 12:23. |
Bazar ertəsi Ağ Ev Rusiyanın Kiyevdəki "Oxmatdet" uşaq xəstəxanasına raket hücumunu "dəhşətli, faciəvi və mənasız hücum" adladırıb. Vaşinqtonda hesab edirlər ki, "hərbi cinayətləri və insanlığa qarşı cinayətləri araşdıranlar ona diqqət yetirməli olacaqlar". Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-ın ABŞ-dakı müxbiri xəbər verib. "Bu, ciddi şəkildə araşdırılmalıdır, çünki bu, məhz bütün bu müharibə boyunca dəfələrlə gördüyümüz hərəkətlərdən biridir", deyə ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa üzrə baş müşavir, səfir Mayk Karpenter Vaşinqton Xarici Mətbuat Mərkəzində keçirilən brifinqdə Turan-ın müxbirinin sualına cavabda bildirib. Rəsmi şəxslərin sözlərinə görə, "Rusiya gündüz vaxtı Kiyevə raketlərlə atəş açıb və xəstəxanaya zərbə endirib, nəticədə onlarla insan həlak olub və ən az 140 nəfər yaralanıb". "Bizim fikrimizcə, bu, günahsız mülki şəxslərə qəsdən edilən hücumdur", deyə bazar ertəsi keçirilən brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın suallarına cavabda bildirib. Prezident Bayden öz bəyanatında qeyd edib ki, hücum "həddindən artıq vacib" idi, çünki dünya "bu mühüm məqamda Ukraynanı dəstəkləməyə davam edir və biz Rusiyanın təcavüzünə biganə yanaşmırıq". "Bu həftə prezident Zelenskini və NATO liderlərini Vaşinqtonda salamlayacağam və Ukraynaya dəstəyimizin sarsılmaz olduğunu açıq şəkildə bildirmək üçün prezident Zelenski ilə görüşəcəyəm", deyə o, əlavə edib. "Müttəfiqlərimizlə birlikdə Ukraynanın şəhərlərini və dinc əhalisini Rusiyanın zərbələrindən qorumağa kömək etmək üçün onların hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə yeni tədbirləri açıqlayacağıq", deyə Bayden qeyd edib. Hücum bazar ertəsi Macarıstan baş naziri Viktor Orbanın Pekinə qəfil səfəri zamanı Çinin sülh təklifinə dəstəyini ifadə etdiyi bir vaxtda baş verib. Ötən həftə sonu Orbanı qəbul edən Kreml də "bu fikir ayrılıqlarının mahiyyətini başa düşmək üçün çox ciddi cəhd göstərdiyini" qeyd edib. Turan-ın Ağ Evin Orbanın hərəkətlərini "barışdırma cəhdi" hesab edib-etmədiyi haqqında sualına cavabda Karpenter bildirib ki, onlar baş nazirin Moskvaya səfərində "konstruktivlik" görməyiblər. "Biz bunu sülh prosesinin irəliləyişi hesab etmirik. Bu, dəqiq Ukraynaya kömək etməyəcək", deyə o, əlavə edib. Geri qayıt |