Əsas Səhifə > Economics > Bakının ən ucuz hostelləri -

Bakının ən ucuz hostelləri -


13-04-2017, 02:30.
title}
Bakının ən ucuz hostelləri -


Əksər Avropa ölkələrində olduğu kimi Azərbaycanda da turistlər üçün dəbdəbəli otellərlə yanaşı ucuz qiymətə hostellər də vardır.

SİVİL.AZ fins-az-a istinadən Bakıda yerləşən bir neçə hostelin qiymətlərini təqdim edir:

"Caspian Hostel" - 16 manat

Asəf Zeynallı, 29 ünvanında yerləşən bu qonaq evində gecələmək adambaşına 16 manatdır. Hostel Qız Qalasına yaxın ərazidə yerləşir. Hostel 2 otaqlıdır və Wi-Fİ ilə təchiz olunub. Hosteldə uşaqlı qonaqlar qəbul olunmur.

Pulsuz xidmətlər: Avtomobil parklanması üçün dayanacaq,Wi-Fİ, faks ,paltaryuyan maşın,duş qəbul etmək üçün ləvazimatlar və fen müştərilərə pulsuz təklif olunur. Hosteldə yalnız bir ümumi istifadə olunan santexnika qovşağı var.

"Baygan Hostel" -15 manat

Elvin Abdullayev 26-da yerləşən Baygan hostelində 1 nəfərlik gecələmə adambaşına 15 manatdır.Hostel 12 otaqlıdır.Qeyd edək ki,15 manat səhər yeməyi də daxildir.Hosteldə siqaret çəkməyənlər üçün ayrıca otaqlarda var.Otaqlarda maksimum 10 nəfər gecələyə bilər. Pulsuz xidmətlər: Avtomobil dayanacağı, Wi-Fİ,ütü,kabel televiziyasından istifadə etmək mümkündür.

"Highland Park Hostel" -15 manat

İzzət Nəbiyev 2a -da yerləşən Highland Park hosteli 3 otaqlıdır.Hostel Filarmoniya parkından 1 kilometr aralıda yerləşir.Hosteldə bir gecəlik adambaşına ödəniş 15 manatdır. Əgər tək nəfərlik otaqda qalmaq istəsəz, 20 manat ödəməli olacaqsız.

Pulsuz xidmətlər: Avtomobil dayanacağı,Wi-Fİ,ütü ,kabelni televiziyadan istifadə etmək mümkündür

Hosteldə həmçinin bərbər xidmətidə fəaliyyət göstərir.

"Hostel Land of Fire" - 17 manat

İçəri şəhər metrosunun arxasında Böyük Qala 32 -də yerləşən Hostel Land of Fire qonaq evində gecələmək adambaşına 17 manat təşkil edir.Bu qiymətə səhər yeməyidə daxildir.Hostel 14 otaqlıdır.Otaqlarda maksimum 6 nəfər yerləşdirilir.Hosteldə tək nəfərlik otaq yoxdur.Yalnız ən az iki nəfərlik otaq mövcutdur ki,bu otaqlarında qiyməti 17 manatdır.

Pulsuz xidmətlər:Kompyuter,Wi-Fİ, avtomobil dayanacağı,paltaryuyan maşın,kabelni televiziya və duş qəbul edərkən lazım olan əşyalar bütün bunlar turistlərə pulsuz təklif olunur.

Hostelin paytaxtımızda yerləşən digər qonaq evlərindən başlıva fərqi turistlərə özləri ilə ev heyvanlarını hostelə gətirməyə icazə verilir.

"Sport Hostel Baku" - 8 manat

Məmməd Araz, 11E ünvanında yerləşən 7 otaqlı hosteldə 8 və 6 nəfərlik iki otaq eyni zamanda 4 nəfərlik 3 otaq var.1 nəfərlik gecələmə 8 manatdır.Əgər iki nəfərlik otaqda qalsaz, 10 manat ödəməli olacaqsız.Hosteldə bərbər və hədiyyə dükanıda vardır.Buranın özəlliklərindən biri də idman zalının olması və icarəyə avtomobilin verilməsidir.Bundan başqa hosteldə DJ-lərin iştirakı ilə gecə klubuda fəaliyyət göstərir.

Pulsuz xidmətlər: İdman zalı,otaq xidməti,Wi-Fİ,duş üçün lazım olan əşyalar,paltaryuyan maşın və bağçada istirahət kimi pulsuz xidmətlərdən yararlana bilərsiz. Avtomobil dayanacağından istifadə günəlik 2 manatdır. Hosteldə restoran da fəaliyyət göstərir.

"Almaz hostel" - 10 manat

Neftçilər metrosunun yaxınlığında Nizami Gəncəvi 2571 ünvanında yerləşən hosteldə bir gecə qalmaq adambaşına 10 manatdır.Hostel 11 otaqlıdır.Otaqların bəzilərində ayrı eyvanlar və santexnika qovşağı vardır.Ailəli qonaqlar üçün ayrıca otaqlar var ki,bu otaqların da saxtexnika qovşağı ayrıdır.Lakin 2 nəfərlik çarpayılı otağın qiyməti 60 manatdır. Hosteldə Wi-Fİ və bərbər xidməti var.

Pulsuz xidmətlər: Avtomobil üçün dayanacaq,wife,ütü və paltaryuyan maşını hostelin qonaqlarına pulsuz təklif edilir. Otaqlarda maksimum 4 nəfər gecələyə bilər.

"Guest House İnn and Hostel" - 12 manat

Azadlıq prospekti 30A-da yerləşən hosteldə 1gecə qalmaq adambaşına 12 manatdır. Hostel 9 otaqlıdır.Əgər4 nəfərlik otaqda tək nəfərlik çarpayı seçsəz 14 manat ödəməli olacaqsınız. 1 nəfərlik, geniş çarpayılı otaq isə 39 manatdır.Otaqlarda televizor və iş masaları vardır.Hər otağın ayrıca santexnika qovşağı var.Hostel Wi-Fi-la da təchiz olunub.

Pulsuz xidmətlər: Hostel müştərilərinə paltaryuyan maşından,Wi-Fi-dan,ütüdən,kabelni televiziyadan və avtomobil dayanacağından pulsuz istifadə imkanı yaradır.Hava limanından hostelə gətirilmə ödənişlidir. Dəniz kənarı milli park yaxınlığında yerləşən hosteldən bulvara mənzərə açılır. Həmçinin hostel 28 may metrosuna yaxındır.

"Hostel Baku Yard" - 13 manat

Yusif Məmmədəliyev, 38 ünvanında yerləşən Hostel Baku Yard-da 1 gecəlik adambaşına olan ödəniş 13 manatdır.Hostel 6 otaqlıdır.1 nəfərlik otağın qiyməti isə 21 manatdır.İki nəfərlik Lux otağın qiyməti isə 45 manat təşkil edir.Qeyd edək ki,Baku Yard hostelində həmçinin yalnız xanımlar üçün də olan otaqlar var .4 nəfərlik belə otağın qiyməti isə 17 manatdır.

Pulsuz xidmətlər:Avtomobillər üçün dayanacaq paltaryuyan maşın,Wi-Fi, ütü ,kabelni televiziyadan pulsuz istifadə etmək mümkündür. Hostel Baku Yard-da müştərilər üçün restoranda fəaliyyət göstərir.Restoranda səhər yeməyi yemək istəsəz 3 manat ödəməli olacaqsınız.

"Baku Hostel On Gesr" - 17 manat

Paytaxtımızda şəhərin mərkəzində yerləşən hostellərdən biri də Baku Hostel On Gesr-dir. Qonaq evi İçərişəhərdə - Böyük Qala 34 ünvanında yerləşir.Hostel 14 otaqlıdır.Otaqlarda maksimum 8 nəfər yerləşdirilir.Hosteldə bir və ya iki nəfərlik otaqlar yoxdur.Adambaşına ödəməli olduğunuz məbləğ isə 17 manat olacaqdır.Qeyd edək ki, bu məbləğə səhər yeməyidə daxildir.

Pulsuz xidmətlər: Wi-Fi,avtomobil dayanacağı,paltaryuyan maşın,kabelni televiziya və duş qəbul edərkən lazım olan əşyalar. Hostel Şirvanşahlar Sarayından 100 metr aralıda yerləşir.

"Calipso Hostel"- 14 manat

Abbasov 38 ünvanında yerləşən Calipso Hostel qonaq evinda gecələmək adambaşına 14 manatdır bu məbləğə səhər yeməyidə daxildir. Hostel 9 otaqlıdır və bütün otaqlar bir nəfərlikdir. Calipso Hosteldə ev heyvanlarınızlada qalmaq mümkündür.

Pulsuz xidmətlət:Wi-Fi, avtomobil dayanacağı,paltaryuyan maşın,kabelni televiziya, duş qəbul edərkən lazım olan əşyalar və idman zalı hostel qonaqlarının ixtiyarına pulsuz verilir. Hosteldə bərbər xidmət göstərir.Həmçinin velosiped də kirayələyə bilərsiz.
Geri qayıt