Əsas Səhifə > Economics > İtaliya məhkəməsindən TAP-la bağlı
İtaliya məhkəməsindən TAP-la bağlı20-04-2017, 20:41. |
İtaliya məhkəməsi ölkədə Transadriatik qaz boru kəməri (TAP) üzrə işlərə yenidən başlanması barədə qərar qəbul edib. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə italiyalı hüquqşünas Mariano Alterio deyib. Onun sözlərinə görə, bu qərarla məhkəmə Latsio vilayət məhkəməsinin əvvəlki qərarını ləğv edib. TAP konsorsiumunun nümayəndəsi də bu məlumatı təsdiq edib. Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz. Geri qayıt |