Əsas Səhifə > Economics > Beynəlxalq turizm sərgisində İslamiada və “Formula 1”in təqdimatı keçirilib -
Beynəlxalq turizm sərgisində İslamiada və “Formula 1”in təqdimatı keçirilib -26-04-2017, 11:56. |
24-27 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay Əmirliyində keçirilən “ATM 2017” beynəlxalq turizm sərgisində “4-cü İslam Həmrəyliyi Oyunları”nın və 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1”in təqdimatı keçirilib. SİVİL.AZ xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilir ki, “ATM 2017” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunur. Heyətə həmçinin, ölkəmizin 50-yə yaxın yerli turizm şirkəti və mehmanxanası (“Azərbaycan Konqreslər Bürosu”, “Formula 1”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”, “Shahdag Mountain Resort”, “SW travel”, “AZAL”, “Galaxy travel”, “STİ travel”, “BillurTur”, “Eurotourism”, “Gilan Tourism”, “AGT travel”, “Dervish travel”, “İmprotex travel”, “Khazar Travel”, “Safe Way”, “Zakher Travel”, “Natali Travel”, “Tempus Travel”, ”Kings Travel”, “OK Tours”, “Paramount Club”, “Vizit Tur”, “Aristokrat Travel”, “Greenwich Travel”, “Atlas Travel”, “The Tour”, “Green Apple”, “Khazar Travel”, “Pasha Travel”, “Millennium tourism”, “Victory tour”, “Falcon travel”, “Turizm.az”, “Flame Tour”, “Excelsior Hotel Baku”, “Rixos Guba”, “Fairmont Hotel Baku”, “Hotel Badamdar”, “Absheron Hotel Group”, “Stay Bridge Hotel”, “Shamakhi Palace Sharadil”, “Qafqaz Hospitality”) da daxil edilib. Ölkəmizin dünyanın ən aparıcı turizm sərgilərindən hesab edilən “ATM 2017” tədbirində iştirakı Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Bu sərgidə Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə 100 kv.m sahədə xüsusi dizayn əsasında iki mərtəbəli stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Sərgi çərçivəsində Bakı şəhərində cari ilin 12-22 may tarixlərində keçiriləcək “4-cü İslam Həmrəyliyi Oyunları”nın və 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1”in təqdimatı keçirilib. Həmçinin, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018”-in təqdimatına sərgi çərçivəsində xüsusi önəm verilib. Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından prioritet ölkələrdəndir. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2006-cı ildən etibarən “ATM” beynəlxalq turizm sərgisində iştirak edir. Geri qayıt |