Əsas Səhifə > Economics / Üst manşet > Şahmar Mövsümov Fransa XİN-nin idarə rəisi ilə görüşüb

Şahmar Mövsümov Fransa XİN-nin idarə rəisi ilə görüşüb


27-04-2017, 19:38.
title}
Şahmar Mövsümov Fransa XİN-nin idarə rəisi ilə görüşüb


Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovla Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

SİVİL.AZ xəbər verir ki, fonddan verilən məlumata görə, Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində fəaliyyəti və bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, ölkə prezidenti tərəfindən təsdiqlənmiş “Strateji Yol xəritələri” barədə məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıb.

Görüşdə, həmçinin Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Trend)

Geri qayıt