Əsas Səhifə > Economics > Azərbaycanın 32 bankının aktivləri 30 mlrd. manata çatıb
Azərbaycanın 32 bankının aktivləri 30 mlrd. manata çatıb5-05-2017, 10:53. |
2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil edib. SİVİL.AZ xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir. Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir. Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir. 2017-ci ilin birinci rübü üzrə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb. Geri qayıt |