Əsas Səhifə > Economics / Manşet > OPEC Vyana anlaşmasını uzadacaq
OPEC Vyana anlaşmasını uzadacaq17-03-2017, 12:00. |
ABŞ-da neft ehtiyatlarının son hesabat həftəsində gözləniləntilərin əksinə olaraq azalması OPEC anlaşmasının effektivliyini bir daha təsdiq edib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu "Energy Aspects" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, OPEC və ona üzv olmayan ölkələr arasında 2016-cı il noyabrın 30-da Vyanada əldə olunan və yanvarın 1-dən qüvvəyə minən hasilatın azaldılması barədə anlaşma mayın 25-də keçiriləcək növbəti sammitdə daha 6 ay uzadılacaq. "Energy Aspects"dən verilən məlumata əsasən, neft qiymətlərində son zamanlar müşahidə olunan artım ABŞ-da şist neft hasilatını artırsa da, ehtiyatlarda azalma davam edəcək. Hazırda ABŞ-ın şist neft şirkətləri xərclərini azaltmağa çalışmaqla OPEC-dən asılılıqlarını minimuma endirməyə çalışır. Şirkətin analitik araşdırması göstərir ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrindən yüklənən neftin həcmi önəmli ölçüdə azalıb və neft bazarı tezliklə bunu hiss edəcək. Proqnozlar ABŞ və Kanadada bu il gündəlik hasilatın 1 mln. barel artacağını göstərib. Həmçinin, Rusiyanın hələ də öhdəliyinə əməl etməməsi (300 min barel/gün əvəzində hasilatı 156 min barel/gün azaldıb) vurğulanan təhlildə OPEC-in anlaşmanı uzadacağı qeyd olunur. "Energy Aspects" bildirir ki, hazırda OPEC-in qarşısında duran əsas vəzifə neftin ixracını məhdudlaşdırmaqdır. Çünki, hasilatın azaldılmasına baxmayaraq, neft ixracında artım müşahidə edilir. Geri qayıt |