Əsas Səhifə > Economics > Yaxın 3 ildə inflyasiya nə qədər olacaq?
Yaxın 3 ildə inflyasiya nə qədər olacaq?12-05-2017, 10:25. |
Yaxın 3 il ərzində Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq. SİVİL.AZ-ın məlumatına görə, bu Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçısı Hans Timmerin açıqladığı “Trade in Transition” regional hesabatından məlum olub. Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8, 2018-ci ildə 4,2, 2019-cu ildə isə 3,8 faiz təşkil edəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edib. Geri qayıt |