Əsas Səhifə > Economics / Manşet > Azərbaycanla Çin arasında memorandum imzalanıb
Azərbaycanla Çin arasında memorandum imzalanıb15-05-2017, 00:00. |
Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb. SİVİL.AZ xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb. Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. (Report) Geri qayıt |