Əsas Səhifə > Economics / Üst manşet > Bakı Ticarət Festivalından nə qədər gəlir əldə edildi?

Bakı Ticarət Festivalından nə qədər gəlir əldə edildi?


24-05-2017, 11:53.
title}
Bakı Ticarət Festivalından nə qədər gəlir əldə edildi?


Azərbaycan dövlət büdcəsinin Bakı Ticarət Festivalının keçirilməsindən gəlirləri 5,6 milyon manat təşkil edib.

SİVİL.AZ-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın yekununa həsr olunan mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu göstərici festivalın təşkilinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyib.

Ə. Qarayev bildirib ki, birinci festival çərçivəsində 1,8 milyon manat dəyərində ƏDV müştərilərə qaytarılıb:

"Festivalda 205 mağaza iştirak edib. Onlardan 172-si ƏDV-nin qaytarılması proqramının iştirakçısı olub. “Tax free” sistemi çərçivəsində ümumi dövriyyəsi 18,17 milyon manat təşkil etmiş 23 242 hesab-faktura təqdim edilib".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Ticarət Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci ilin sonuna nəzərdə tutulub. (Trend)
Geri qayıt