Əsas Səhifə > Economics / Manşet > Mərkəzi Bank uçot dərəcəsini 12%-dək endirə bilər
Mərkəzi Bank uçot dərəcəsini 12%-dək endirə bilər6-06-2017, 11:45. |
Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ortaillik inflyasiyasının 13% səviyyəsində olacağını proqnozlaşdırır. SİVİL.AZ bildirir ki, xəbər verir ki, bu barədə bankın proqnozunda deyilir. Bankirlər proqnozuna əsasən, 2018-ci ildə ortaillik inflyasiya 7,2%-dək geriləyəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-aprel aylarında ortaillik inflyasiya 13,5% təşkil edib. Bankın analitikləri hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini dəyişməz saxlayacaq. “Buna baxmayaraq, AMB 2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək endirə bilər”, – deyə bankirlər qeyd edib. (APA) Geri qayıt |