Əsas Səhifə > Economics > Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb

Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb


9-06-2017, 17:37.
title}
Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb


2017-ci ilin aprel ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

SİVİL.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,12 dəfə azalıb.

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,25 dəfə azalıb. Başqa sözlə, apreldə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 206 mln. 107,3 min ABŞ dolları olubsa, 2016-cı ilin aprelində 463 mln. 257,2 min manat təşkil edib.

Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 65 mln. 567,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,91 dəfə azdır. Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 140 mln. 540,2 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,36 dəfə azdır.

Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən dollar alışı 52,95% artaraq 140 mln. 540,2 min ABŞ dolları təşkil edib. Bunun əksinə dollar satışı 33,73% dəfə azalıb. Bu məlumatların təhlili göstərir ki, əhali dollar satışını artırıb, alışını isə azaldıb.

2016-cı ilin aprel ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 32,14% azalıb. Başqa sözlə, bu ilin aprelində avro ilə mübadilə əməliyyatlarının həcmi 42 mln. 183 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 62 mln. 166,1 min avro təşkil edib.

Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 18 mln. 397,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,81 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 23 mln. 785,2 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17,39% azdır.

Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən avro alışı 46,69% artaraq 23 mln. 785,2 min avro təşkil edib. Bunun əksinə avro satışı 6,91% azalıb. Bu məlumatların təhlili göstərir ki, martla müqayisədə apreldə əhali avro satışını artırıb, avro alışında azalma qeydə alınıb. ("APA-Economics")
Geri qayıt