Əsas Səhifə > Economics / Manşet > Dövlət qulluqçularının sayı

Dövlət qulluqçularının sayı


13-06-2017, 12:50.
title}
Dövlət qulluqçularının sayı


Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 28,6%-ni qadınlar təşkil edib.

SİVİL.AZ bildirir k7, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dövlət qulluqçularının 4,0%-i inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76,2%-i 4-7-ci təsnifatları üzrə və 19,8%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 8,1%-i 1 ilə qədər, 27,4%-i 1 ildən 5 ilə qədər, 20,9%-i 5 ildən 10 ilə qədər, 16,8%-i 10 ildən 15 ilə qədər, 26,8%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 18,5%, 30-34 yaşda 15,2%, 35-44 yaşda 22,1%, 45-54 yaşda 23,2%, 55-62 yaşda 17,7%, 63-64 yaşda 2,1%, 65 və yuxarı yaşda 1,2% olub.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6%-ni şöbə müdirləri, 11,1%-ni şöbə müdirinin müavinləri, 8,2%-ni sektor müdirləri, 25,7%-ni baş məsləhətçilər, 5,2%-ni böyük məsləhətçilər, 12,8%-ni aparıcı məsləhətçilər və 21,3%-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,2% komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 2016-cı ildə 634,3 manat təşkil edib. (APA)
Geri qayıt