Əsas Səhifə > Economics > Bu il bahalaşan və ucuzlaşan ərzaq məhsullarının

Bu il bahalaşan və ucuzlaşan ərzaq məhsullarının


13-06-2017, 22:02.
title}
Bu il bahalaşan və ucuzlaşan ərzaq məhsullarının


Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2% bahalaşıb.

Qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% artıb.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3% ucuzlaşıb.

Ay ərzində düyü, kərə yağı, pendir, meyvə şirəsi, spirtli içkilər, qəhvə, çay və kakao, soğan, kartof, yerkökü, balqabağın qiymətlərində bahalaşma olub.

Makaron məmulatlarının, sıyıq, qarabaşaq yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd, yumurta, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, tütün məmulatları, pomidor, xiyar, göyərti, kələm, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Geri qayıt