Əsas Səhifə > Economics / Manşet > OPEC-in neft hasilatı artıb
OPEC-in neft hasilatı artıb12-07-2017, 15:41. |
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 393 min barel artaraq 32 milyon 610 min barelə yüksəlib. SİVİL.AZ xəbər verir ki, OPEC-in “Neft bazarı Hesabatı”na əsasən, iyunda qlobal neft təhcizatı günlük 660 min barel artaraq 96 milyon 590 min barel olub. İyunda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 270 min barel artıb. Nəticədə 63 milyon 980 min barel olub. OPEC-in istehsalının artırması nəticəsində qlobal neft istehsalındakı payı 33,8 faizə yüksəlib. Keçən ay OPEC daxilində xam neft istehsalı ən çox Liviya, Nigeriya, Anqola, İraq və Səudiyyə Ərəbistanının payına düşüb. Ən böyük eniş Venesuelada yaşanıb. OPEC-in proqnozuna görə, gələn il neftə olan qlobal tələb 1 milyon 260 min barel artımla gündəlik 97 milyon 600 min barelə çatacaq. (Oxu.Az) Geri qayıt |