Əsas Səhifə > Economics > Yaxşı xəbər -FED uçot dərəcəsini dəyişmədi
Yaxşı xəbər -FED uçot dərəcəsini dəyişmədi26-07-2017, 22:29. |
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclası keçirilib. "APA-Economics" xəbər verir ki, FED uçot dərəcəsini 0,1-1,25 səviyyəsində saxlayıb. Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən səviyyəsindən 1-1,25%- dək artırıb. Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Geri qayıt |