Əsas Səhifə > Economics / Manşet > OPEC iyulda rekord həcmdə neft satıb
OPEC iyulda rekord həcmdə neft satıb9-08-2017, 01:51. |
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə iyul ayında rekord həcmdə neft satılıb. SİVİL.AZ xəbər verir ki, OPEC-in iyul ayı üzrə xam neft ixracı ötən həftə əksəriyyəti Nigeriyada olmaqla gündəlik 26,11 milyon barrel ilə rekord səviyyəyə çatıb. “Thomson Reuters Oil Research” məlumatına görə Liviya OPEC-in neft hasilatının azaldılması sazişində iştirak etməməsinə baxmayaraq gündəlik 270 min barrellik “Sharara” neft yatağından istehsalı tədricən azaltmağa başlayıb. OPEC+ ölkələrinin nümayəndələri Abu-Dabidə yığışaraq neft hasilatının azaldılması sazişinə əməl olunması faizini artırmağın yollarını və “qara qızıl”ın qiymətinin gələcəyini müzakirə edirlər. “CNBC”nin 21 analitik, treyder və iqtisadçı arasında apardığı son sorğuya əsasən, xam neftin bir barrelinin qiyməti sentyabr ayının sonuna qədər 50 dollar civarında olacaq. Bu dövrdə neftin ən aşağı qiymət proqnozu 40 dollar/barrel, ən yüksək qiymət proqnozu isə 56 dollar/barrel təşkil edib. Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. (AZƏRTAC) Geri qayıt |