Əsas Səhifə > Economics / Manşet > BP və onun tərəfdaşları Azərbaycanın ən iri qaz layihəsinə 15 milyard dollar investisiya qoyub

BP və onun tərəfdaşları Azərbaycanın ən iri qaz layihəsinə 15 milyard dollar investisiya qoyub


30-03-2017, 00:58.
title}
BP və onun tərəfdaşları Azərbaycanın ən iri qaz layihəsinə 15 milyard dollar investisiya qoyub


"İndiyə qədər BP şirkəti və onun tərəfdaşları BP-nin operator olduğu “Şahdəniz 2” layihəsinə 15 milyard dollar investisiya qoyub".

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birrell deyib.

O vurğulayıb ki, BP "Şahdəniz 2" layihəsi üzrə yekun xərclərin investisiya qərarında göstəriləndən daha az olacağını gözləyir.

Qeyd edək ki, bundan əvvəl layihənin dəyəri 28 milyard dollar qiymətləndirilmişdi.
Geri qayıt