Əsas Səhifə > Economics > Qlobal qida qiymətləri bahalaşıb
Qlobal qida qiymətləri bahalaşıb15-08-2017, 21:00. |
Qlobal qida qiymətləri iyul ayında artıb. Artıma, əsasən, taxılın, şəkərin və süd məhsullarının bahalaşması təkan verib. SİVİL.AZ xəbər verir ki, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida məhsulunun qiymətlərini və ticarətini müəyyən edən FAO Ərzaq Qiymətləri İndeksi iyul ayında 179.1 bənd təşkil edib. Bu, 2015-ci ildən indiyə qədər ən yüksək qiymətdir. Bloomberg bildirib ki, FAO Taxıl Qiymət İndeksi iyulda 5.1 faiz, FAO Süd Məhsulları Qiymət İndeksi (kərə yağı, pendir və sair süd məhsulları) 3.6 faiz dəyər qazanıb. Xüsusilə ixraca hesablanan kərə yağının qiymət indeksi yüksəlib. FAO Şəkər Qiymət İndeksi 5.2 faiz artıb. FAO Bitki Yağı Qiymət İndeksi iyulda iyun ayı ilə müqayisədə 1.1 faiz ucuzlaşıb. Bu da 2016-cı ilin avqust ayından sonra ən aşağı səviyyədir. Maraqlıdır ki, FAO Ət Qiymət İndeksi sabit qalıb. (Oxu.Az) Geri qayıt |