Əsas Səhifə > Economics / Üst manşet > Tikintidə işləyib, nə qədər
Tikintidə işləyib, nə qədər18-08-2017, 07:30. |
2017-ci ilin yanvar-iyun aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq 97,8 min nəfər olub. SİVİL.AZ xəbər verir ki, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artıb. Nəticədə tikintidə əmək haqqı 807,8 manat olub. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 10,9 faiz azalıb. Binaların tikintisində işləyənlərin əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 8,8 faiz artıb. (Oxu.Az) Geri qayıt |