Əsas Səhifə > Economics > Neftin qiyməti ABŞ-da ehtiyatların təsiri ilə

Neftin qiyməti ABŞ-da ehtiyatların təsiri ilə


22-08-2017, 22:35.
title}
Neftin qiyməti ABŞ-da ehtiyatların təsiri ilə


Neftin qiyməti ABŞ-da ehtiyatların azalmasının davam edəcəyi proqnozları ilə 47 dollar/barrel civarında formalaşıb.

SİVİL.AZ xəbər verir ki, ABŞ-da neft ehtiyatlarına dair rəsmi məlumatların mövsümi tələbatın gücləndiyi vaxtda azalacağına dair gözləntilər artır. Həmçinin təklif çoxluğunun azalacağı da proqnozlaşdırılır. Bütün bu proqnozlar fonunda neftin bir barrelinin qiyməti 47 dollar civarında dəyişir.

“Bloomberg”in sorğusunda iştirak edən analitiklərin qənaətinə görə, ABŞ-da neft ehtiyatları 3,5 milyon barrel azalacaq. Bundan başqa, Liviya ölkənin ən böyük neft yatağından xam neft istehsalını dayandırıb. Bu da ölkənin ixrac və idxalında azalmalara səbəb olacaq.

Qeyd edək ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər çərşənbə günü açıqlanacaq. (AZƏRTAC)
Geri qayıt