Əsas Səhifə > Economics / Üst manşet > Azərbaycanın xarici dövlət borcu
Azərbaycanın xarici dövlət borcu24-08-2017, 18:52. |
İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil edib. SİVİL.AZ-ın məlumatına görə, Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Geri qayıt |