Əsas Səhifə > Economics / Manşet > İşgüzar turizm bazarının liderləri: sıralamada Azərbaycan da var -

İşgüzar turizm bazarının liderləri: sıralamada Azərbaycan da var -


31-08-2017, 00:00.
title}
İşgüzar turizm bazarının liderləri: sıralamada Azərbaycan da var -


Rusiyanın "Aeroklub" şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib.

SİVİL.AZ bildirir ki, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.

Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq lider üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.

Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən Rusiya iş adamlarının 70 faizi Belarus, 17 faizi Azərbaycan və 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.

Qeyd edək ki, "Aeroklub" şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var. (Trend)
Geri qayıt