Əsas Səhifə > Economics > Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək
Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək1-04-2017, 01:18. |
Aprelin 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildiriblər ki, istiqrazların ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gündür. İstiqrazlar iyulun 4-də ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Geri qayıt |