Əsas Səhifə > Economics / Manşet > "Azərbaycan BP üçün mühüm əhəmiyyət kəsb edir" -
"Azərbaycan BP üçün mühüm əhəmiyyət kəsb edir" -1-04-2017, 12:17. |
"Azərbaycan BP şirkəti üçün mühüm əhəmiyyətə malikdir". SİVİL.AZ xəbər verir ki, bunu Böyük Britaniyanın enerji nəhəngi BP-nin baş icraçı direktoru Robert Dadli deyib. “Azərbaycan bir neçə səbəbə görə BP üçün mühüm əhəmiyyət kəsb edir. Biz bütün tərəfdaşlarımız adından Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalamışıq. Bu, AÇG üzrə müqavilənin müddətinin 2050-ci ilədək uzadılmasını nəzərdə tutur və bu il biz müqavilənin bütün detallarını işləyəcəyik. Bu, böyük göstəricidir”, - deyə R.Dadli əlavə edib. O deyib: “İkincisi isə Xəzərin Azərbaycan sektorundakı böyük qaz yatağı olan “Şahdəniz” üzrə işlər qrafiki qabaqlayır və layihə Türkiyə vasitəsilə Yunanıstanadək uzanır. Hazırda layihənin icrasına büdcədə nəzərdə tutulan xərclərdən daha az vəsait istifadə olunur. Bu da iqtisadi proseslərə mühüm təsir göstərir”. R.Dadli qeyd edib ki, BP Xəzər dənizində kəşfiyyat sahəsində böyük işlər görür: “Əminəm ki, AÇG üzrə müqavilənin daha 25 il müddətə uzadılması yaxın vaxtlarda reallaşacaq”. Qeyd edək ki, BP Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir. Geri qayıt |