Əsas Səhifə > Economics > Bankların depozit portfeli 1,2 mlrd. manat
Bankların depozit portfeli 1,2 mlrd. manat3-11-2017, 16:58. |
Bu ilin sentyabr ayının 30-na Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 15 mlrd. 362,4 mln. manat təşkil edib. SİVİL.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, sentyabrda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, avqust ayı ilə müqayisədə sentyabrda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 1 mlrd. 172,7 mln. manat azalıb. Sentyabrın 30-na əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 999,5 mln. manat təşkil edib ki, bu da ayın əvvəli ilə müqayisədə 127,8 mln. manat çoxdur. ("APA-Economics") Geri qayıt |