Əsas Səhifə > Economics / Üst manşet > Bu il BTC-yə nə qədər xərclənib?

Bu il BTC-yə nə qədər xərclənib?


20-11-2017, 15:33.
title}
Bu il BTC-yə nə qədər xərclənib?


2017-ci ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 101 mln. dollar, əsaslı xərclərə isə 19 mln. dollar xərclənib.

SİVİL.AZ
bildirir ki, "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 374 mln. tondan artıq (təxminən 2,8 mlrd. barrel) xam neft nəql edilib və Ceyhan limanında 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 26 mln. ton (193 mln. barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 249 tankerə yüklənib.

Hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan başqa, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları: BP (30,10%); "AzBTC" (25,00%); "Chevron" (8,90%); "Statoil" (8,71%); TPAO (6,53%); "Eni" (5,00%); "Total" (5,00%), "Itochu" (3,40%); INPEX (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Geri qayıt