Əsas Səhifə > Economics / Üst manşet > Bayramı günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək

Bayramı günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək


14-03-2017, 15:16.
title}
Bayramı günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər ki, palatanın tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq. Novruz bayrami ilə əlaqədar ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

Həmçinin xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxanalara paylanılacaq. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər: Koordinatorlar: Azər Quluyev: [email protected] Rövşən Məmmədli; [email protected] Tel: 493-50-58 (dax:300);

Martın 18-dən 26-dək çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.
Geri qayıt