Əsas Səhifə > Economics > Bu məhsulların idxal rüsumu
Bu məhsulların idxal rüsumu29-11-2017, 12:53. |
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən körpə uşaqlar üçün tərəvəzin, meyvənin, qoz-fındığın və bitkilərin digər hissələrindən emal edilmiş məhsulların idxal gömrük rüsumları ləğv ediləcək, yaxud azaldılacaq. SİVİL.AZ oxu.az-a istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan homogenləşdirilmiş hazır məhsullara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz gömrük idxal rüsumu tətbiq olunur. Yanvarın 1-dən isə hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan homogenləşdirilmiş hazır məhsullara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq ediləcək. Hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər qrupundan uşaqlar üçün homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb. Geri qayıt |