Əsas Səhifə > Economics / Manşet > SOCAR istiqrazlarının qiyməti sürətlə artır –

SOCAR istiqrazlarının qiyməti sürətlə artır –


4-04-2017, 11:01.
title}
SOCAR istiqrazlarının qiyməti sürətlə artır –


Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti sürətlə artır.

SİVİL.AZ xəbər verir ki, istiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən Trend-ə verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1007-1008 dollara satmaq, 1012,5 dollara almaq olar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

Bildirilir ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər (hər istiqraza görə 12,5 dollar həcmində) ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə mart ayında təkrar bazarda 8,3 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

Qeyd edək ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. İndiyədək təkrar bazarda 66 milyon dollarlıq istiqraz alını-satılıb ki, bu da bütün istiqrazların 3-də ikisi deməkdir.
Geri qayıt