Əsas Səhifə > Economics > SOCAR martdakı qazma işlərinin həcmini açıqlayıb
SOCAR martdakı qazma işlərinin həcmini açıqlayıb5-04-2017, 08:30. |
Mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilib. SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14825 metri istismara, 2204 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35613 metr qazma işi görülüb ki, bunun da 33409 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Bu ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib Geri qayıt |