Əsas Səhifə > Economics / Video / Üst manşet > Bitkoinin əsas sərmayədarı kimdir? -
Bitkoinin əsas sərmayədarı kimdir? -15-12-2017, 16:30. |
"Bitkoin kriptovalyutası ətrafında son zamanlar yaranan ajiotajın səbəbkarı Yaponiya xalqıdır". SİVİL.AZ xəbər verir ki, bu barədə "APA TV" Türkiyə mətbuatına istinadən məlumat yayıb. "Deutsche Bank"ın analitikləri deyib ki, Çindəki bitkoin birjalarının bağlanmasından sonra bu sahədə öncüllük yaponlara keçib. O cümlədən hazırda bu kriptovalyuta ilə ümumi ticarət həcminin 32 faizi ABŞ dolları ilə həyata keçirilib. Dünyanın ən iri kriptovalyutası olan bitkoinin kursu oktyabr-noyabr ayları ərzində 127 faiz dəyər qazanıb. Bu ilin əvvəlində dəyəri 1000 dollar olan bitkoin il ərzində 16,55 dəfə bahalaşıb. Geri qayıt |