Əsas Səhifə > Economics / Üst manşet > Azərbaycana xaricdən kapital qoyuluşu azalır

Azərbaycana xaricdən kapital qoyuluşu azalır


13-09-2019, 00:00.
title}
Azərbaycana xaricdən kapital qoyuluşu azalır


Bu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8627.2 milyon manat vəsait yönəldilib.

CİVİL AZERBAİJAN bildirir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bir il əvvəlki rəqəmlərlə (8953.6 milyon manat) müqayisədə vəsait qoyuluşunun azalmaqda davam etdiyi bəlli olub.

Qurum qeyd edib ki, hazırkı hesabat dövründə sərf edilmiş vəsaitin 66.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin payına düşüb: «Ümumi sərmayənin 64.3 faizi məhsul istehsalı sahələrinə, 26 faizi xidmət sahələrinə, 9.7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70.7 faizini təşkil edib».

DSK-nın məlumatına görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri cəmi 7.8 faiz olub. Qalan hissə müəssisələrin, əhalinin və büdcənin payına düşüb.

Azərbaycana xaricdən kapital qoyuluşunda da azalma var. Ötən ilin eyni dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59.4 faizini təşkil etmişdi.
Geri qayıt