Əsas Səhifə > Economics / Manşet > Azərbaycan bankları işçilərinin sayını azaldır
Azərbaycan bankları işçilərinin sayını azaldır5-04-2017, 11:47. |
Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları filiallarının sayını 6 ədəd azaldaraq 563-ə endirib. SİVİL.AZ bildirir ki, bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir. Məlumata görə, əvəzində bank sektorunda şöbələrin sayı 4 ədəd artaraq 135 olub. 2 ay ərzində banklara məxsus bankomat qurğularının sayı isə cəmi 1 ədəd artaraq 2 462 olub. Hesabat dövründə bank işçilərinin sayı isə 285 nəfər azalaraq 16 662-yə düşüb. Bunun 266 nəfəri işini fevralda itirib. Geri qayıt |